Satınalmaçı
"SCC" platformasında satınalmaçılar heç bir vasitəçi olmadan tədarükçülərin məhsul (xidmət) təkliflərini qəbul edir və dəyərləndirirlər.
Satınalmaçı, Tədarükçü, Logistik şirkətləri
və TIR sahiblərinin vahid platforması.
SCC Portal həm daxili satınalma proseslərinizi, həm də daxili və xarici tədarükçülərlə alqı satqı proseslərinizi idarə etmək üçün alətlər təqdim edir!
Sektor üzrə tədarükçüləri çeşidləmək, hər biri ilə görülən işlərin hesabatlılığı prioritet məsələdir.
Ən yaxşı qiymətə ən keyfiyyətli məhsulu tapmaq satınalmaçının əsas hədəflərindəndir. Amma bunu ən qısa zamanda tapmaq biznesin zəruri tələbidir.
SCC Portal alış, alış üzrə təkliflərin sayı, təkliflərdəki müzakirələr, təklif olunan son qiymətlər və sorğunun qalibləri haqqında dövrü hesabatlılığı sizə təqdim edir.
Globalda məhsul və xidmət sahibinə artıq SCC Portal vasitəsi ilə çıxa bilərsiz.
Tədarükçülər istənilən sektor üzrə qeydiyyatdan keçib gələn qiymət sorğularına heç bir vasitəçi olmadan təklif göndərə biləcəklər.
Satınalan və tədarükçü təşkilatlar, həmçinin Logistika şirkətləri və Tır sahibləri üçün
əlverişli, asan, şəffaf və operativ əməkdaşlıq imkanını təmin edir.
"SCC" platformasında satınalmaçılar heç bir vasitəçi olmadan tədarükçülərin məhsul (xidmət) təkliflərini qəbul edir və dəyərləndirirlər.
Tədarükçülər satınalmaçıdan vasitəçisiz şəkildə "RFI", "RFQ", Tender tipli sifarişləri qəbul etmək imkanına sahibdirlər.
Logistiklər satınalan və tədarükçü şirkətlərdən Logistik, Gömrük, Anbar üzrə "RFI", Logistika üzrə qiymət təklifləri almaq imkanına sahibdirlər.
Tır sahibləri hansı tarixdə hansı ölkəyə nə qədər yük daşıya biləcəyiniz barədə portala məlumatlar yerləşdirir və müvafiq müraciətləri qəbul edirlər.
Hər bir istifadəçi tipinə və profilinə görə fərqli funksiyalardan istifadə edə bilərsiniz
Məhsul, xidmət və müxtəlif növ informasiyanı operativ formada əldə etmək üçün sorğu növüdür.
Məhsul və xidmət barədə tədarükçülərdən qiymət təklifi əldə etmək üçün tərtib edilmiş sorğu növüdür.
Yükün bir məntəqədən digər məntəqəyə daşınması üçün logistik şirkətlərdən alınan qiymət sorğusudur.
Yükün bir məntəqədən digər məntəqəyə daşınması üçün müvafiq ölçüdə tırların axtarılması barədə sorğudur.
Tır sahibinin müəyyən vaxt üçün müəyyən yük həcminin hər hansı məntəqədən daşıya biləcəyi barədə etdiyi elandır.
Tədarükçünün satınalan təşkilatlara məhsul və xidmətləri barədə verdiyi təklif elanıdır.