1. İstifadəçi Portala özü haqqında şəxsi məlumatların və istənilən başqa informasiyanın verilməsi haqqında sərbəst və könüllü qərar qəbul edir, həmçinin də bununla belə şəxsi məlumatların və informasiyanın Administrasiya tərəfindən işlənməsinə, işlənməsi üçün onların Administrasiyanın tapşırığı ilə hərəkət edən başqa İstifadəçilərə və/və ya üçüncü şəxslərə ötürülməsinə öz razılığını bildirir.
2. SCC tərəfindən təmin edilən onlayn Portal xidmətləri üzrə şərt və müddəalarda Supply Chain Community MMC-nin Sizin və başqaları barədə məlumatları toplaması, emal etməsi və paylaşması barədə müddəalar ola bilər (məsələn, Sizin ödəniş etdiyiniz, sorğu göndərdiyiniz, sorğularını qəbul etdiyiniz,proqram vasitəsi ilə reklamını gördüyünüz və ya ödənişləri aldığınız insanlar). İstənilən belə müddəalar həmçinin Sizin Tətbiqdən istifadə zamanı toplanmış və emal edilmiş məlumatlara tətbiq olunacaqdır (bu zaman “Siz” termininə İstifadəçi, habelə İstifadəçi məlumatları əsasında SCC-dan istifadə edən üçüncü şəxslər də daxildir). Bu müddəaları məhdudlaşdırmadan SCC olaraq, Sizin təqdim etdiyiniz bütün məlumatların (şəxsi məlumatlar daxil olmaqla) konfidensiallığını qorumaq üçün tədbirlər görürük. Buna baxmayaraq, Sizin və ya üçüncü şəxslərin təqsiri ucbatından həmin məlumatların Siz və ya üçüncü şəxslər tərəfindən istifadə edilməsi ilə bağlı İstifadəçiyə və ya üçüncü şəxslərə dəymiş zərərə (ziyana) görə SCC məsuliyyət daşımır.
2. SCC olaraq anlayırıq ki, toplayacağımız müştərilərə aid barmaq izləri və digər biometrik fərdi məlumatlar xüsusi kateqoriyalı fərdi məlumatlardır. Buna görə də, Biz toplanılan, saxlanılan və işlənilən fərdi məlumatların (həmçinin arxivləşdirilmiş fərdi məlumatların) konfidensiallığının qorunması, məlumat sızmalarının qarşısının alınması, yarana biləcək hər hansı fəlakət və məlumat sızmaları üzrə tədbir görürük.
3. SCC olaraq müştərilərə ən yaxşı servis xidmətləri və məhsullarını təqdim etmək üçün qanunvericiliyin yol verdiyi hədlərdə Sizə aid məxfi məlumatlardan istifadə edəcəyik. Biz məlumatları Supply Chain Community-yə məxsus digər layihələrdə, habelə proqramın inkişafı naminə gələcək fəaliyyətimizdə data emalı üçün və ya məlumat mübadiləsi üçün istifadə edə bilərik. Bu zaman həmin şəxslərdən müvafiq konfidensiallıq və təhlükəsizlik standartlarını tətbiq etmələrinin tələb olunmasını təmin edəcəyik.
4. Biz məlumatları yalnız qanunvericilikdə icazə verildiyi və ya tələb olunduğu hallarda və həcmdə müvafiq icra hakimiyyəti və ya məhkəmə orqanlarına açıqlayacağıq.
5. İstifadəçilərə aid fərdi məlumatları aşağıdakı məqsədlərlə toplayırıq:
(i) SCC-də qeydiyyatdan keçməklə təqdim edilən funksionallıqlardan yararlanmaq;
(ii) SCC vasitəsilə təqdim olunan məhsulların çeşidlərini genişləndirmək;
(iii) SCC tərəfindən təqdim olunan xidmətlərin səmərəliliyini və effektivliyini ölçmək, bazar araşdırması aparmaq;
(iv) İstifadəçilərin SCC tətbiqində fəaliyyətlərinin statistikasını öyrənməklə müştəri məmnuniyyətini artırmaq.
6. SCC olaraq yuxarıdakıları məhdudlaşdırmadan, məlumatları Supply Chain Community adından fəaliyyət göstərməyə müvəkkil edilmiş bütün daxili və xarici agentlərə, törəmə təşkilatlara və aidiyyəti şəxslərə (subpodratçılar daxil olmaqla) aşağıdakı məqsədlər üçün açıqlaya və ötürə bilərik:
(i) İstifadəçiyə təqdim edilən Portal xidmətlərinin keyfiyyətinin və sayının artırılması;
(ii) İstifadəçi ilə münasibətlərimizin inkişaf etdirilməsi, şəxsiyyətinin müəyyən edilməsi;
(iii) Servisin, onun servislərinin və xidmətlərinin fəaliyyətinin yaxşılaşması üçün
statistik və analitik məlumatların alınması;
(iv) Servisin və ya üçüncü şəxslərin
informasiya və ya reklam xəbərlərinin alınması (yeni imkanlar, aksiyalar və başqa xəbərlər haqqında
xəbərdarlıq);
(v) Cinayətlərin və kiberhücumların aşkar edilməsi və qarşısının alınması;
(vi)
Məhkəmə və ya icra hakimiyyəti orqanları, o cümlədən SCC daxili idarələrinin, yaxud ombudsmanın sorğu
və ya tələblərinin yerinə yetirilməsi.
7. SCC-dən istifadə edərkən Siz yuxarıda təsvir olunan şəkildə məlumatların açıqlanması, emal
edilməsi, saxlanması və ötürülməsinə razılıq vermiş hesab ediləcəksiniz.
8. Əgər Portalın gələcək inkişafında İstifadəçi sosial şəbəkənin profili vasitəsilə daxil olarsa,
Servis həmçinin belə sosial şəbəkənin profilində yerləşdirilmiş informasiyanı toplaya bilər. İstifadəçi
ona verilmiş informasiyaya görə məsuliyyət daşıyır, halbuki Servis İnternetdə İstifadəçinin
məlumatlarının yayılması və dərc edilməsi üçün kanalı verir.
9. Portal, həmçinin də Administrasiya, irqi və ya etnik mənşə haqqında məlumatları, siyasi, dini və dünyagörüşü məsləklər, siyasi partiyalara və həmkarlar ittifaqlarına üzvlük, cinayət cəzasına məhkumluqlar, həmçinin də sağlamlığa, cinsiyyət həyatına aid olan məlumatları, biometrik və ya genetik məlumatları toplamır və işləmir.
10. Portalın İstifadəçisi onun Portaldan istifadə prosesində verdiyi şəxsi və başqa məlumatları istənilən vaxt qismən dəyişdirmək, silmək və ya başqa üsulla düzəliş etmək imkanına malikdir.
11. Siz bu Müqaviləni imzalamaqla (təsdiq etməklə) razılıq verir və bəyan edirsiniz ki, SCC Sizə məxus fərdi məlumatların toplanması və işlənməsini həyata keçirə, habelə Sizin və şirkət adından sorğu, tələb, istək, təklif tarixçənizin tərtib edilməsi üçün hər cür neqativ və pozitiv məlumatlarınızı əldə edə bilərik.